AZ

Kasım-Jomart Tokayev Türkmənistan Prezidentini ali dövlət mükafatı ilə təltif etdi

BAKI, 25 noyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu “Qızıl Qartal” ordeni ilə təltif edib.

Teleqraf xəbər verir ki, bu, liderlərin Astanada keçirilən görüşündə baş verib.

“Cənab Prezident, Qazaxıstan-Türkmənistan münasibətlərinin möhkəmləndirilməsində böyük töhfənizi nəzərə alaraq, sizi Qazaxıstan Respublikasının ali dövlət mükafatı - “Qızıl Qartal” ordeni ilə təltif etmək qərarına gəldiyimi nəzərinizə çatdırmaq istərdim. Bu yüksək mükafat sizə, eləcə də bütün qardaş türkmən xalqına dərin ehtiramını ifadə edir”, - Kasım-Jomart Tokayev bildirib.

Seçilən
5
teleqraf.com

1Mənbələr