AZ

Bir ay öncə qəzaya düşən qadın öldü

Bir ay öncə Bakı-Qazax magistralında  qəzaya düşən yaralı qadın xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə,  hadisə oktyabr ayının 22-si Yevlax rayonun Aran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. "Daf" markalı yük maşını"Vaz"la toqquşması nəticəsində ağır xəsarətlər alan 1961-ci il təvəllüdlü Şəhla Ələsgərova ötən müddət ərzində bölgənin bir neçə tibb müəsissəsində davamlı müalicələr alıb.

Həkimlərin cəhdlərinə baxmayaraq Şəhla Ələsgərova bir aydan sonra  xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
8
1
unikal.az

3Mənbələr