"Jurnalist Aza Babayan "İqtidar partiyanın üzvləri və onların tərəfdarları, yəqin ki, kiçik ikən nağıl oxumayıblar" yazır və xalqımızı "axmaq" adlandırır".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan öz "Facebook" səhifəsində yazıb.
"Bəli, əziz insanlar, hamımız savadsızıq. Bütün xalq savadsızdır, ancaq sən və sənin Köçəryan, Sarkisyan və rusiyalı biznesmenin savadlıdır. O qədər savadlısan ki, başa düşmürsən ki, bütöv bir xalqı təhqir edib damğalamaq olmaz. Erməni jurnalistikasının faciəvi tənəzzülü davam edir", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu