Əgər əvvəllər Aİ şəxsi məlumatların qorunması sahəsində qlobal standartları müəyyən edirdisə, indi Vaşinqtonun derequlyasiya xətti İttifaq daxilində üstünlük qazanır. Niderlandlı siyasətçi Maritje Şake bildirib ki, Brüsseldə artıq özlərini "super tənzimləyici" adlandırmırlar.
"Brüssel effekti" ifadəsinin müəllifi sayılan Kolumbiya Universitetinin professoru Anu Bredford da hesab edir ki, Aİ-nin rəqəmsal xidmətlərə nəzarətdə liderliyi arxada qalır: "Buna sadələşdirmə və ya derequlyasiya desəniz də, fərqi yoxdur - tənzimləmə normalarını müəyyən edən dövrün zirvəsindən uzaqlaşırsınız".
Politico yazır ki, bu dəyişikliklərin səbəbləri arasında ABŞ-ın tənzimləmə qaydaları tətbiq edən ölkələri gömrük rüsumları ilə hədələməsi də var. Lakin əsas amil - Aİ-nin Avropa şirkətlərinin süni intellekt sahəsində ABŞ və Çin nəhənglərindən daha da geri qalacağından narahat olmasıdır. Avropa Komissiyası isə rəqəmsal tənzimləmələrin yumşaldılmasının Vaşinqtonun təzyiqi ilə əlaqəli olduğunu inkar edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31