AZ

Kəlbəcər rayonu üzrə dövlət qeydiyyatına alınan tarix-mədəniyyət abidələrinin sayı açıqlanıb

Bakı.Trend:

Kəlbəcər rayonu üzrə Azərbaycan Respublikası NazirlərKabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə 28tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsinQorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindənbildirilib.

Qeyd edilib ki, Kəlbəcər rayonunda yerləşən 28 abidədən 1-idünya əhəmiyyətli memarlıq (Xudavəng monastırı), 2-i ölkəəhəmiyyətli memarlıq (Lex qalası, monastır) nümunələridir.

Həmçinin açıqlanıb ki, 28 abidədən 3-ü ölkə əhəmiyyətliarxeoloji (Zar mağara düşərgəsi, Qayaüstü təsvirlər, yaşayış yeri),16-sı yerli əhəmiyyətli memarlıq (Comərd qalası, Qırmızı məbəd vəs.) , 1-i yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi,5-i isə dekorativ-tətbiqi sənət nümunələridir (Daş qoçfiqurları)",-deyə qurumdan əlavə edilib.

Seçilən
23
2
az.trend.az

3Mənbələr