AZ

"Qarabağ"ın futbolçuları Neapolda alış-veriş edərkən görüntüləndilər - VİDEO

Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli" ilə üz-üzə gələcək.

"Unikal"ın məlumatına görə, "Qarabağ"ın futbolçuları Neapolda alış-veriş edərkən görüntüləniblər. 

Qeyd edək ki, Ağdam təmsilçisinin kollektivi noyabrın 23-də Neapol şəhərinə yollanıb. Noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Murad İbrahimli

Seçilən
45
22
unikal.az

10Mənbələr