AZ

ÇL: "Qalatasaray"ın ev sınağı, MS "Bayer"lə, "Çelsi" "Barselona" ilə üz-üzə

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

İki görüş Bakı vaxtı ilə 21:45-də, qalanları gecəyarısı (00:00) başlayacaq. 

Türkiyə çempionu “Qalatasaray” Belçika təmsilçisi “Yunion”u qəbul edəcək.

Gecənin maraqla gözlənilən digər qarşılaşmalarına gəlincə, “Barselona” “Çelsi” ilə münasibətlərinə aydınlıq gətirəcək, “Mançester Siti” “Bayer Leverkuzen”i sınağa çəkəcək.

Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
25 noyabr

21:45 “Ayaks” (Niderland) - “Benfika” (Portuqaliya)

21:45 “Qalatasaray” (Türkiyə) - “Yunion” (Belçika)

00:00 “Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan)

00:00 “Mançester Siti” (İngiltərə) - “Bayer Leverkuzen” (Almaniya)

00:00 “Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)

00:00 “Borussiya Dortmund” (Almaniya) - “Vilyarreal” (İspaniya)

00:00 “Budyo-Qlimt” (Norveç) - “Yuventus” (İtaliya)

00:00 “Olimpik Marsel” (Fransa) - “Nyukasl” (İngiltərə)

00:00 “Slaviya” (Çexiya) - “Atletik Bilbao” (İspaniya)

Seçilən
5
50
fanat.az

10Mənbələr