AZ

Ermənistandakı yanğınlar davam edir Video

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistan-Azərbaycan sərhədində yerləşən Ermənistanın Tavuş mərzinin Berd (Tovuzqala) rayonunun Navur kəndinə bitişik meşəlik ərazidə yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, yanğının qarşısını almaq üçün bələdiyyə və icra strukturlarından 50-yə yaxın əməkdaş əraziyə cəlb olunub. Lakin havanın küləkli olması alovun yayılmasını sürətləndirir və söndürmə işlərini çətinləşdirir.

Qeyd olunur ki, alovun daha geniş ərazilərə yayılmaması üçün ərazidə fasiləsiz iş aparılır.

Hadisə yerində yanğınsöndürmə və xilasetmə qrupları fəaliyyətini davam etdirir.

(24.11.2025 / 22:50)

***

Ermənistanın Geqarqunik və Tavuş vilayətlərində güclü yanğınlar davam edir. Hazırda hər iki vilayətdə bir neçə yanğın ocağının olduğu bildirilir. 

Ölkə mediası hadisənin səbəbinin hələ məlum olmadığını yazıb. Ermənistanın müvafiq qurumları isə hadisə ilə bağlı açıqlama verməyib. 

Hazırda yanğınların söndürülməsi üçün Ermənistan Müdafiə Nazirliyinin helikopteri cəlb olunub. 

Yanğın olan ərazilərdən görüntüləri təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
qafqazinfo.az

1Mənbələr