Bakı. Trend:
Polşa öz istehsalı olan suborbital raketin sınaqlarını uğurlakeçirib.
Trend-inməlumatına görə, bunu Polşa müdafiə nazirinin müavini Çezari Tomçikaçıqlayıb.
O bildirib ki, Ustkadakı Mərkəzi Hərbi Hava Qüvvələrinin sınaqpoliqonunda Hərbi Texniki Silahlanma İnstitutu, Lodzdakı 1 saylıHərbi Təyyarə Zavodu və Qamrat şirkətindən ibarət konsorsiumtərəfindən hazırlanmış üç mərhələli suborbital raket uğurlaburaxılıb.
Nazir müavininin sözlərinə görə, sınaq zamanı qarşıya qoyulanbütün məqsədlərə nail olunub: raketin mərhələlər üzrə ayrılması,kosmosda müəyyən edilmiş nöqtəyə istiqamətləndirmə və təyin olunmuştrayektoriya üzrə uçuş. Raket 65 km hündürlüyə qalxaraq təhlükəsizvə sabit uçuşunu tamamlayıb və əsas yerli texnologiyalarınişləkliyini təsdiqləyib.