AZ

Uşaq tamaşalarında Azərbaycan dilinin qorunması vacib şərtdir

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı 98 illik yaradıcılıq yolunda həm yerli, həm də xarici dramaturqların əsərlərinə müraciət edib. Təbii ki, bütün səhnə əsərlərində Azərbaycan dilinin incəliyinin qorunmasına xüsusi diqqət yetirilir. Tamaşalarda milli sözlərdən, dilimizin özünəməxsus ifadələrindən istifadə olunmasına çalışılır.

Bunu AZƏRTAC-a açıqlamasında teatrın mətbuat katibi Samirə Əşrəf söyləyib.

Onun sözlərinə görə, teatr canlı sənət olduğu üçün aktyorların improvizasiyaları da mümkündür. Lakin bu improvizasiyaların da dilimizin fundamentinə zərər vurmamasına nəzarət olunur.

Teatrda bir neçə dəfə dil mütəxəssislərinin monitorinq apardığını vurğulayan mətbuat katibi deyib: “Nəticələr göstərib ki, teatr Azərbaycan dilinin saflığını qorumağa ciddi əhəmiyyət verir. Xüsusilə, uşaq tamaşalarında bu məsuliyyət daha böyükdür. Çünki uşaqlar dili aktyorların yaratdığı personajlarından eşidir. Həmin dil onların yaddaşında formalaşır”.

Seçilən
38
azertag.az

1Mənbələr