AZ

ABŞ-yə məxsus "MQ-9 Reaper" Koreya sahillərində qəzaya uğrayıb

Bakı. Trend:

Amerikaya məxsus "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatıKoreya Respublikasının qərb sahillərində, Kunsan hava bazasıyaxınlığında dənizə düşüb.

Trend xəbər verirki, hadisə barədə məlumatı Yonhap agentliyi yayıb.

Bildirilib ki, insident yerli vaxtla saat 04:35 radələrindəMaldori adası yaxınlığında planlaşdırılmış missiya zamanı başverib.

ABŞ ordusu yerli sakinlər arasında itki və ziyanın olmadığınıaçıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır, pilotsuz aparatınaxtarış-xilasetmə əməliyyatı isə davam edir.

Seçilən
38
5
az.trend.az

6Mənbələr