AZ

Polşa uğurla ilk suborbital raketinin sınaqdan keçirib

Üçpilləli raket 65 km hündürlüyə qalxaraq bütün tapşırıqları yerinə yetirib...

Polşa Müdafiə Nazirliyi ölkənin ilk yerli istehsal suborbital raketinin uğurlu sınaqdan keçirildiyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Çezari Tomçik sosial şəbəkə X-də məlumat yayıb. Onun sözlərinə görə, raket ölkənin Ustka şəhərində yerləşən Hərbi Hava Qüvvələrinin Mərkəzi Poliqonunda uğurla buraxılıb.

Tomçik bildirib ki, üçpilləli raket Polşanın Hərbi Silah Texnologiyaları İnstitutu, Lodzdakı Hərbi Aviasiya Zavodu №1 və Gamrat şirkətindən ibarət konsorsium tərəfindən hazırlanıb. Raketin sınağı zamanı bütün mərhələlər – pillələrin ayrılması, təyin olunmuş məkana yönəltmə və verilmiş trayektoriya üzrə uçuş – problemsiz yerinə yetirilib.

Sınaq nəticələri raketin 65 kilometr yüksəkliyə qalxdığını və sabit, təhlükəsiz uçuş nümayiş etdirdiyini təsdiqləyib. Tomçik vurğulayıb ki, əldə olunan nəticələr Polşanın özünün inkişaf etdirdiyi əsas mühəndislik və aerokosmik texnologiyaların tam işlək vəziyyətdə olduğunu göstərir. Bu sınaqlar həm də ölkənin müdafiə sənayesinin yüksək potensialını və raket proqramlarının genişləndirilə biləcəyini sübut edir.

Ekspertlər hesab edir ki, Polşanın suborbital raket layihəsi NATO çərçivəsində ölkənin müdafiə qabiliyyətini artırmaqla yanaşı, gələcəkdə kosmik tədqiqatlar və strateji raket proqramlarında daha geniş rol oynaya biləcəyini göstərir.

Poliqon.info

Seçilən
69
poliqon.info

1Mənbələr