AZ

Rəşad Nəbiyev: Azərbaycanın rəqəmsal məhsulları Misirə ixrac üçün geniş imkanlara malikdir

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Azərbaycanın rəqəmsal məhsulları Misirə ixrac üçün geniş imkanlara malikdir.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Misirə işgüzar səfər çərçivəsində Qahirə şəhərində iki ölkə şirkətlərinin iştirakı ilə keçirilən biznes forumda iştirak ediblər:

"Forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradacağına əminlik ifadə etdik. Azərbaycanın yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq edilən güzəşt və imtiyazlar barədə məlumat verdik. Ölkəmizin rəqəmsal məhsullarının Misirə ixracı imkanlarının geniş olduğunu diqqətə çatdırdıq", - R.Nəbiyev vurğulayıb.

Misirə işgüzar səfər çərçivəsində Qahirə şəhərində Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə keçirilən biznes forumda iştirak etdik. Forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradacağına əminlik ifadə… pic.twitter.com/91Z7wcoXku

— Rashad Nabiyev (@RashadNNabiyev) November 24, 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
1
baku.ws

2Mənbələr