Bakı. Trend:
Qahirə şəhərində Azərbaycan Respublikası və Misir ƏrəbRespublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmiəməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsindəAzərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes forum təşkilolunub.
Trend xəbər verirki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İxracın vəİnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və Misirin Sərmayəvə Azad Zonalar üzrə Baş Qurumunun (GAFI) birgə təşkilatçılığı iləkeçirilən biznes forumda ümumilikdə 20-dən çox şirkətinnümayəndələri iştirak ediblər.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf vənəqliyyat naziri Rəşad Nəbiyev bu kimi tədbirlərin iki ölkəarasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsininartımı və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağınaəminliyini vurğulayıb. Nazir Rəşad Nəbiyev, həmçinin Azərbaycanınyüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq ediləngüzəşt və imtiyazlar barədə məlumat verib, Azərbaycanın rəqəmsalməhsullarının Misirə ixracı imkanlarının geniş olduğunu diqqətəçatdırıb.
Eyni zamanda qeyd olunub ki, Azərbaycan – Misir Biznes Şurasınınfəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarətəlaqələrinin inkişafına öz töhfəsini verə bilər.
Biznes forum çərçivəsində iki ölkədəki investisiya imkanları,Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye vətexnologiya parklarında tətbiq olunan güzəştlər barədə məlumatverilib, Misir şirkətlərinə ölkəmizə investisiya qoyuluşuimkanlarını nəzərdən keçirmək təklif olunub.
Tədbir B2B formatında görüşlərlə davam edib.