AZ

Azərbaycanla sərhəd rayonda yanğın başladı

Ermənistan-Azərbaycan sərhədində yerləşən Ermənistanın Berd (Tovuzqala) rayonunun Navor yaşayış məntəqəsinə bitişik meşəlik ərazidə yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, yanğının qarşısını almaq üçün bələdiyyə və icra strukturlarından 50-yə yaxın əməkdaş əraziyə cəlb olunub. Lakin havanın küləkli olması alovun yayılmasını sürətləndirir və söndürmə işlərini çətinləşdirir.

Qeyd olunur ki, alovun daha geniş ərazilərə yayılmaması üçün ərazidə fasiləsiz iş aparılır.

Hadisə yerində yanğınsöndürmə və xilasetmə qrupları fəaliyyətini davam etdirir.

Seçilən
32
3
konkret.az

4Mənbələr