Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri SiCinpin ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.
Trend-inməlumatına görə, dövlət başçısı bunu “Truth Social” hesabındabildirib.
“Mənim indicə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çoxyaxşı telefon danışığım olub. Biz geniş mövzuları, o cümlədənRusiya–Ukrayna müharibəsini, fentanil, soya və digər kəndtəsərrüfatı məhsulları ilə bağlı məsələləri müzakirə etdik. Böyükfermerlərimiz üçün yaxşı və çox vacib bir müqavilə bağladıq və bu,daha da yaxşı olacaq. Çinlə münasibətlərimiz müstəsna dərəcədəgüclüdür!”, – paylaşımda qeyd olunub.
Tramp əlavə edib ki, Si Cinpin 2026-cı ildə ABŞ-yə dövlət səfəriedəcək: “Prezident Si məni aprel ayında Pekinə səfərə dəvət etdi vəmən bunu qəbul etdim. O da ilin sonunda ABŞ-də dövlət səfəri iləqonağım olacaq. Biz müntəzəm ünsiyyət qurmağın vacibliyi barədərazılığa gəldik və mən bunu səbirsizliklə gözləyirəm”, – deyə Trampbildirib.