Bakı. Trend:
"Neftçi" Samir Abasov ilə yollarını ayırıb.
Trend xəbər verir ki, bubarədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqaviləbağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstəkgöstərilib, o cümlədən transfer fəaliyyəti və komanda quruculuğundaona tam səlahiyyət verilib.
Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyatakeçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi iləbaş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütünqərarları baş məşqçi verib.
Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimiyaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyibütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub.
Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişafdinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxşdeyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundanoyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçularınformasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, sonqarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib.12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, "İmişli"ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub.
Samir Abasovun "Neftçi"də həm oyunçu, həm də məşqçi kimixidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyiçalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefaverməsi klub tərəfindən ona təklif edilib.
Öz növbəsində Samir Abasov gətirilən arqumentlərlərazılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkıuğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil,təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonundakomandanın ilk "üçlüy"ə düşəcəyini söyləyib. İstefa verməkdənimtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfliqaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etməkfikrindədir.
Qeyd olunanları nəzərə alaraq, "Neftçi" Samir Abasovu istefayagöndərib.
Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı "TuranTovuz"la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq SənanQurbanova həvalə edilib.
Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasında 12 turdan sonra15 xal ilə səkkizinci pillədə qərarlaşıb.