AZ

“Adolf Hitler” seçkilərdə iştirak edəcək – FOTO

Namibiyada maraqlı seçki vəziyyəti yaşanır.

NOCOMMENT.az xəbər verir ki, ölkədə Adolf Hitler Uunona adlı 59 yaşlı siyasətçi bu il keçiriləcək seçkilərdə yenidən namizəd olacaq.

O, 2004-cü ildən bəri Ompudja dairəsinə rəhbərlik edir və növbəti dəfə həmin vəzifəyə seçilmək şansı yüksəkdir.

Siyasətçi mətbuata açıqlamasında adının məşhur alman diktatoru Adolf Hitlerin adından götürüldüyünü təsdiqləyib. Lakin onun sözlərinə görə, atası bu adın tarixi və ideoloji mənasını bilmirmiş.

Uunona bildirib ki, nasizmə heç bir simpatiyası yoxdur və adının yaratdığı assosiasiyalarla heç bir əlaqəsi mövcud deyil.

Seçilən
40
nocomment.az

1Mənbələr