AZ

Futzal üzrə Çempionlar Liqası: Azərbaycan klubu “Benfika”ya məğlub olub

Bakı, 24 noyabr, AZƏRTAC

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, ilk iki raundu uğurla adlayan Azərbaycan çempionu ilk dəfə təşkil olunan bu mərhələdə Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu dekabrın 5-də keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.

Seçilən
73
4
azertag.az

4Mənbələr