AZ

Bakıda şadlıq evində bədbəxt hadisəVİDEO

Toydan  evə gedən şəxs şadlıq evinin həyətində ölüb.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə paytaxtın Nizami rayonu Bəkir Çobanzadə küçəsindəki "Xarı Bülbül" şadlıq sarayında baş verib.

Restoranın inzibatçısı Sarvan Əhmədov deyir ki, Abşeron rayon sakini 52 yaşlı Ələkbər İsmayılov toydan sonra özünü pis hiss etdiyi üçün restoranın həyətində yerdə oturub.

İnzibatçı bildirir ki, Ələkbər İsmayılovun özünü piss hiss etməsindən sonra dərhal əraziyə təcili yardım da çağırıblar. Təcili yardım həkimləri əraziyə gəldikdə onun öldüyünü müəyyən ediblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmaya başlayıblar. Meyit müayinə edilməsi üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
33
xezerxeber.az

1Mənbələr