AZ

Türkiyə ilə Cənubi Koreya arasında mühüm sənədlər imzalandı

BAKI, 24 noyabr. TELEQRAF

Cənubi Koreya Prezidenti Li ÇjeMyon ilə ticarət və turizmdən enerjiyə, müdafiə sənayesindən, infrastrukturdan nəqliyyata, elm və texnologiyadan qarşılıqlı investisiyalara qədər geniş sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdik.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğanCənubi Koreya Prezidenti Li ÇjeMyon ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Ərdoğanın sözlərinə görə, iki ölkə arasında süni intellekt, yarımkeçirici və batareya texnologiyaları, innovasiya və bərpaolunan enerji sahələrində əhəmiyyətli potensial mövcuddur:

"Bu gün özəl sektorlarımız arasında külək enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan daha bir mühüm sənəd imzalandı. Koreyalı dostlarımızla qan plazması sahəsində birgə layihə həyata keçirmək üçün də razılığa gəldik.

Asiya-Sakit okean regionunda ikinci ən böyük ticarət tərəfdaşımız olan Cənubi Koreya ilə əvvəllər müəyyən etdiyimiz 15 milyard dollarlıq ticarət həcminə çox yaxınıq. Birgə səylər sayəsində artıq 10 milyard dollarlıq həddi aşmışıq. Həmçinin daha balanslı ticarət münasibətləri üçün azad ticarət müqaviləmizin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğuladım.

Hyundai-nin İzmit zavodunda yeni investisiyası ilə elektrikli nəqliyyat vasitələri istehsal edəcəyindən son dərəcə məmnunuq. Bu investisiya ölkəmizdə yerli və milli brendimiz TOGG-dən sonra tamamilə yerli istehsal olan yeni elektrik istehsal prosesinə başlayacaq.

Ölkəmizə investisiya qoyacaq və istehsal yolu ilə iş yerləri yaradacaq Koreya şirkətlərinə hər cür dəstəyi verəcəyik".

Türkiyə lideri görüş zamanı müdafiə sənayesi sahəsində dəönəmli layihələrə imza atdıqlarını bildirib.

Seçilən
50
teleqraf.com

1Mənbələr