AZ

Kreml Trampın sülh planını bəyəndi, Avropanın təkliflərini isə rədd etdi

BAKI, 24 noyabr. TELEQRAF

ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planının bir çox müddəaları Rusiya üçün məqbuldur, Avropa planı isə qeyri-konstruktivdir.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Biz bir variantla tanışıq. Bu, Alyaskada (Rusiya və ABŞ prezidentlərinin sammiti zamanı) əldə olunmuş anlaşmalara uyğundur və ona görə də, həmin proqramın bir çox müddəaları bizim üçün tamamilə məqbul görünür. Digər təkliflərə gəlincə, onların çoxu tərəflər arasında müzakirəni tələb edir" - Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Uşakov əlavə edib ki, Avropa təklifləri tamamilə qeyri-konstruktivdir və bizə uyğun deyil: "Bundan başqa, müxtəlif fərziyyələr var. Kimə inanacağımız bəlli deyil".

Cümə günü Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva ABŞ tərəfindən hazırlanmış sülh planını alıb və onun Ukrayna münaqişəsinin yekun həlli üçün əsas ola biləcəyinə inanır.

Seçilən
51
teleqraf.com

1Mənbələr