ain.az, GlobalInfo saytına istinadən bildirir.
Cenevrə danışıqlarından sonra orijinal 28 bəndlik sülh planı əhəmiyyətli dərəcədə yenidən işlənib.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti ofisi rəhbərinin müşaviri Aleksandr Bevz deyib.
O bildirib ki, Ukrayna təklif olunan planın hər bir bəndini ABŞ-la müzakirə edib.
“28 bəndlik plan artıq mövcud deyil. Bəzi bəndlər çıxarılıb, digərləri dəyişdirilib. Ukrayna tərəfindən heç bir şərh cavabsız qalmayıb”, – Bevz sosial şəbəkə hesabında yazıb.
Ofis rəhbərinin müşaviri əlavə edib ki, görüş faktiki nəticələrdən daha çox sui-qəsd nəzəriyyələri ilə əhatə olunub və manipulyasiya cəhdlərinə baxmayaraq danışıqların konstruktiv alınıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.