AZ

Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb (FOTO)

Bakı. Trend:

ABŞ-nin Mayami şəhərində yerləşən Florida BeynəlxalqUniversitetinin Yəhudi muzeyində Azərbaycanın multikulturalizm vətolerantlıq ənənələrinə həsr olunan tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, tədbir Azərbaycanda dünyaya gələn amerikalı musiqiçi,bəstəkar, yazıçı Ella Leyanın təşkilatçılığı ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovaçıxış edərək sülhsevər xalqımızın qədim tarixə və mədəniyyətə malikolduğunu və ölkəmizdə çoxsaylı etnik qrupların birgə, bərabərhüquqlarla yaşadığını xatırladıb. Komitənin fərqli mədəniyyətlərarasında körpü rolunu gücləndirərək soydaşlarımızın yaşadıqlarıölkələrin, eləcə də Azərbaycanın ictimai-mədəni həyatında fəaliştirakını hər zaman dəstəklədiyini bildirib. Xalqımızın şanlıZəfər tarixindən və bu yolda həmrəyliyindən danışıb.

Tədbirin təşəbbüskarı, “Leylanın Skripkası” filminin müəllifi vəprodüseri, “Kimsəsiz səma” kitabının müəllifi, bir sıra Hollivudfilmlərində musiqiləri səsləndirilən soydaşımız Ella LeyaAzərbaycana olan sevgisini dilə gətirib, uşaqlıq və gənclikillərinin Bakı ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb.Monakoda keçirilən kinofestivalda mükafat qazanan “LeylanınSkripkası” filminin Qubada və Bakıda aparılan çəkilişlərindən sözaçıb.

Culliard Musiqi Məktəbinə qəbul olunan ilk azərbaycanlıskripkaçı, dünyanın 40-dan artıq ölkəsində səhnəyə çıxan mədəniyyətelçisi və tədqiqatçı Səbinə Rakçeyeva mədəniyyətlərarası körpülərinqurulmasında musiqinin birləşdirici rolunu vurğulayıb. VətəniAzərbaycanın zəngin mədəniyyətindən bəhs edib. O, Azərbaycanmusiqiləri ilə yanaşı, ölkəmizdə yaşayan dağ yəhudilərininəsərlərindən parçalar səsləndirib.

Amerika Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri TöhfəEminova tədbir iştirakçılarına Floridada Azərbaycan icmasınınfəaliyyəti ilə bağlı məlumat verib.

Florida Universitetinin professoru Tyudor Parfit (Tudor Parfitt)çıxışında Azərbaycanda birgə yaşayış ənənələri barədə faktları vəfikirlərini diqqətə çatdırıb.

Yəhudi muzeyinin maarifləndirmə, tədqiqat və əməkdaşlıqproqramları üzrə məsul şəxsi Boaz Levi (Boaz Levy) Azərbaycanıntanıdılması üçün bu görüşün yaratdığı imkanları yüksəkqiymətləndirib. Muzeyin icraçı direktoru Syuzan Qledston Pasternak(Susan Gladstone Pasternack) isə bu tədbirdə Azərbaycan haqqındayeni məlumatlar öyrəndiyini və belə görüşlərin Amerika ictimaiyyətiüçün çox faydalı olduğunu söyləyib.

Daha sonra “Leylanın Skripkası” filmi nümayiş olunub vəauditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrimövzusunda müzakirələr Mayami Universitetində növbəti gün də davametdirilib. Ella Leya və Universitetinin dini tədqiqatlar üzrəprofessoru Henri Qrin (Henry Green) tələbələrə Azərbaycan və onunsosial-mədəni həyatı, multikultural ənənələri ilə bağlı məruzəoxuyublar.

Florida
Florida
Florida
Florida
Florida
Florida
Florida
Florida
Seçilən
83
2
az.trend.az

3Mənbələr