AZ

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdətəqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəcinayət işi üzrə məhkəmə prosesi noyabrın 24-də davametdirilib.

Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, AnarRzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıqməhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilənşəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsiüçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəməheyətini, dövlət ittihamını müdafiə edən prokurorları,tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklənəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıranzərərçəkmiş Mirhüseyn Salahov Kəlbəcərdə Ermənistan ordusununqalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmışminaatan mərmisinin partlaması nəticəsində özünün, HüseynMəmmədovun və daha bir neçə nəfərin yaralandığını söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsininşöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmişElturan Cəbiyev Kəlbəcərdə Ermənistan ordusunun qalıqları vəqanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlərnəticəsində xəsarət aldığını bildirib.

Zərərçəkmiş Telman Fərhadlı ifadəsində Kəlbəcərdə düşməntərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. Başprokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıranzərərçəkmiş hadisə zamanı daha iki nəfərin xəsarət aldığınısöyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıranzərərçəkmiş İslam Məsiyev və Mehdi Əhmədov Kəlbəcərdə düşməntərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsindəmüxtəlif xəsarətlər aldıqlarını bildiriblər.

İfadə verən Xəlil Xasməmmədov düşmənin təxribatı nəticəsindəözünün və daha iki nəfərin xəsarət aldığını, daha iki nəfərin isəhəlak olduğunu deyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıranzərərçəkmiş Ariz Məmmədov Şuşa rayonunun Xəlfəli kəndindəErmənistan ordusunun qalıqları və qanunsuz erməni silahlıdəstələrinin minaatandan açdığı atəş nəticəsində yaralandığınıbildirib. Hadisə zamanı yanında olmuş Nemət Abdullayev və SadiqQasımlı da yaralanıb.

Zərərçəkmiş Elnur Şıxıyev Kəlbəcərdə tibbi təxliyə maşınınıidarə edərkən düşmən tərəfindən açılmış atəş nəticəsindəyaralandığını deyib. O bildirib ki, idarə etdiyi avtomobilinüzərində tibbi xidmətlə bağlı fərqləndirici nişan olmasınabaxmayaraq, maşın minaatanla atəşə tutulub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin suallarını cavablandıran zərərçəkmiş Sadiq Əliyev vəMüsənnif Əliyev düşmənin Kəlbəcərdə törətdiyi təxribat nəticəsindəyaralandıqlarını bildiriblər.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıranzərərçəkmiş Yagir Sultanov düşmənin atdığı minaatan mərmisininyaxınlığına düşərək partlaması nəticəsində yaralandığınısöyləyib.

İlyas Babazadə Kəlbəcərdə düşmən tərəfindən atılmış artilleriyamərmisinin partlaması nəticəsində yaralandığını söyləyib. Hadisəzamanı yanında olmuş Nicat Qarazadə isə həlak olub.

Zərərçəkmiş Fərid İbrahimov Ağdamda Ermənistan ordusununqalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmışartilleriya mərmisinin partlaması nəticəsində müxtəlif dərəcəlibədən xəsarətləri aldığını bildirib.

Zərərçəkmiş Elgün Talıbov ifadəsində Ağdərə istiqamətindəErmənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələritərəfindən açılmış atəşlər nəticəsində sağ əlindən yaralandığınısöyləyib.

Xəyal Həbibov Laçında düşmən tərəfindən basdırılmış minanınpartlaması nəticəsində yaralandığını bildirib.

Vüqar Həsənov Ağdamda düşmən tərəfindən açılmış atəş nəticəsindəyaralandığını deyib.

Digər zərərçəkmiş şəxslər - Mustafa Ağayev, Əmrah Abdıyev, NatiqZeynallı, Fərid Əliyev, Hidayət Qüdrətzadə, Polad Rəhmanov, ZamilTağıyev, Sənan Əliyev, Famil Abdullayev, Firuddin Namazalıyev,Hakim Həsənov, Ömər Musayev müxtəlif istiqamətlərdə Ermənistanordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindənaçılmış atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Daha sonra məhkəmə prosesi cinayət işi materiallarında olansənədlər və digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Trendxatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilətəqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəbaşlanılmış cinayət işinin ibtidai istintaqı AzərbaycanRespublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

Məqalədə:
Seçilən
23
41
az.trend.az

10Mənbələr