Alternativ Çin-Avropa dəhlizlərinin Azərbaycan üzərindən keçməsi ölkəmizin regional güc balansında rolunu necə dəyişə bilər? Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" Rusiya-Ukrayna müharibəsi Kremlin qlobal geosiyasi maraqlarına da mənfi təsir göstərib və Rusiyanın itirdiyi maraqları doldurmaq istəyən güc mərkəzləri də mövcuddur. Onlardan biri də Çindir. Baxmayaraq ki, Çin kollektiv Qərblə münasibətləri pisləşən Rusiya bazarını öz məhsulları ilə doldurdu və buradan milyardlarla, hətta trilyonlarla vəsait əldə etdi. Lakin Mərkəzi Asiyada Rusiyadan yan keçən nəqliyyat və infrastruktur layihələrini maliyyələşdirmək siyasətini də Çin həyata keçirmək niyyətindədir və bu xüsusda Avropa İttifaqı ilə Çinin maraqları üst-üstə düşür. Beləliklə, "Bir Kəmər, Bir Yol" layihəsi ilə qlobal layihəsi arasında da bir uyğunluq hiss olunur. Bu xüsusda Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropa marşrutu diqqət çəkir və burada Azərbaycanın beynəlxalq münasibətlər sistemində gücü, təsiri və rolu bir qədər də artır. Düşünürəm ki, bu layihənin yaxşı perspektivləri və gələcəyi mövcuddur. Azərbaycan regionda balanslaşdırılmış siyasət aparır.
Bizim bütün geosiyasi mərkəzlərlə tarazlı əlaqələrimiz vardır. Regional və qlobal siyasi məkanda milli maraqlarımız əsasında xarici siyasət strategiyası formalaşdırılır və ona görə də gələcəyə yönəlmiş layihələrin əsas müəllifi və icraçısı Azərbaycandır. Düşünürəm ki, məhz Avropa İttifaqı ilə Çinin regionumuz üzərində maraqlarının uzlaşdırılması uzunmüddətli təhlükəsizlik, sülh və sabitliyə xidmət edir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31