AZ

Samir Mirzəyev: Bəzən şəxslər özlərini daha savadlı göstərmək üçün yersiz ifadələr işlədirlər

Bakı, 24 noyabr, AZƏRTAC

Dilimizin saflığı ilə bağlı aparılan araşdırmalar göstərir ki, materiallarda dilin təmizliyi tam şəkildə qorunmasa da, ümumi mənzərə qənaətbəxşdir. Bununla belə, müəyyən kənar təsirlər də mövcuddur.

Bunu AZƏRTAC-a açıqlamasında jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev söyləyib.

Onun sözlərinə görə, hər bir dilə qonşu dillərdən terminlərin, ifadələrin və neologizmlərin daxil olması təbii prosesdir.

“Elə sözləri qəbul etmək lazımdır ki, onların dilimizdə dəqiq qarşılığı yoxdur və alternativ tapmaq çətindir. Bəzən şəxslər özlərini daha savadlı göstərmək üçün yersiz ifadələr işlədirlər ki, bu da düzgün deyil”, - deyə dekan müavini vurğulayıb.

Ləhcələrdə mövcud olan bəzi sözlərin ümumişlək səviyyəyə gətirilməsini təklif edən S.Mirzəyev deyib: “Ümumilikdə, dili həddindən artıq qapalı çərçivədə saxlamaq onun inkişafını ləngidə bilər. Qohum dillərlə söz alış-verişi də müəyyən qədər olmalıdır. Əgər yeni termin formalaşıbsa və onun uğurlu qarşılığı yoxdursa, belə sözlərin qəbul olunması mümkündür və dilin inkişafına mane olmur”.

Seçilən
36
azertag.az

1Mənbələr