AZ

Barışıq üçün yeni mərhələ: “Sülh körpüsü” gözləntiləri doğruldacaqmı?

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Müharibədən çıxmış ölkələr arasında “sülh körpüsü” adlanan mexanizmdən tez-tez istifadə olunur. Hazırda bu yanaşmanı Azərbaycan–Ermənistan münasibətlərində də müşahidə edirik və artıq bir neçə mərhələdə görüşlər keçirilib. Lakin rəsmi razılaşmalarla yanaşı, cəmiyyətlərin və xalqların barışması da mühüm əhəmiyyət daşıyır. Əgər ictimai barışıq formalaşmasa, dövlətlərin imzaladığı sənədlərin ömrü uzun olmaya bilər. Buna görə rəsmi danışıqlarla paralel olaraq vətəndaş cəmiyyəti səviyyəsində də sülh körpüsü prosesinə start verilib".Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O, bildirib ki, "sülh körpüsü" layihəsinin çox böyük nəticə verəcəyini gözləmək doğru olmaz:"Adından da göründüyü kimi, bu yalnız iki xalq arasında əlaqə yaratmaq məqsədi daşıyan bir vasitədir. Əsas həlledici proses isə dövlət rəsmiləri və beynəlxalq vasitəçilər səviyyəsində aparılan rəsmi danışıqlardır. Real və davamlı sülh məhz həmin platformada imzalana biləcək sazişlə mümkündür".Ekspert bildirib ki, "sülh körpüsü"nün uğuru bir neçə şərtdən asılıdır:"Birincisi, hər iki tərəfin sülhə həqiqi sadiqliyi vacibdir. Ermənistan son proseslərdən sonra sülhə maraq göstərməyə başlayıb, Azərbaycan isə əvvəldən sülh tərəfdarıdır. İkinci mühüm şərt rəsmi müstəvidə əldə olunmuş nailiyyətlərdir. Hazırda bu sahədə ən böyük irəliləyiş sülh sazişinin paraflanmasıdır. Onun imzalanması üçün müəyyən vaxt tələb olunsa da, görülən addımlar ümumi prosesin davam etdiyini göstərir".Onun sözlərinə görə, sülh körpüsünün daha ciddi nəticələr verməsi sülh sazişinin imzalanması mərhələsinə yaxın dövrdə mümkün ola bilər:"Ermənistan Konstitusiya ilə bağlı öhdəliklər də daxil olmaqla bütün şərtləri qəbul edərsə, sazişin imzalanması real görünəcək. Hazırkı mərhələdə isə "sülh körpüsü" layihəsinə davam edən, lakin həlledici nəticələri hələlik gözlənilməyən bir proses kimi yanaşmaq lazımdır. Buna baxmayaraq, bu platformada aparılan dialoqlar xüsusilə Ermənistanda həm hakimiyyətin, həm də cəmiyyətin sülh mövqeyinə təsir göstərə bilər".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
demokrat.az

1Mənbələr