AZ

Bədbəxt hadisə Uşaqları elektrik cərəyanı vurdu

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Türkiyənin İstanbul şəhərinin Bağcılar rayonunda yerləşən Plevne Parkında bədbəxt hadisə baş verib.

Bu barədə Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, parkda əylənən dörd uşağı mindikləri attraksionlarda elektrik cərəyanı vurub.

Hadisə yerinə sağlamlıq və polis qrupları göndərilib. Tibb işçiləri hadisə yerində ilkin tibbi yardım göstərdikdən sonra uşaqlar müalicə üçün xəstəxanaya aparılıb.

Polis və Bağcılar Bələdiyyəsi qrupları parkı bağlayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
3
moderator.az

4Mənbələr