Bakı. Trend:
Belçika hökuməti qarşıdan gələn büdcədə hərbi xərclərin 2025-ciildə ÜDM-in 1,4%-dən 2026-cı ildən başlayaraq 2%-ə qədərartırılmasını razılaşdırıb.
Trend xəbər verir ki, bubarədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu qərar bazar ertəsi ölkə əhalisinin həyatsəviyyəsinin aşağı düşməsinə qarşı başlayan üçgünlük ümumxalqtətili fonunda qəbul edilib.
Belçikanın müdafiə və xarici ticarət naziri Teo Franken ölkəninNATO-ya töhfəsini artırmaq üçün yaxın illərdə Belçikanın müdafiəxərclərini 34 milyard avro artırmaq planını təşviq edir.
Lakin büdcə hələ tam razılaşdırılmayıb. Hökumət koalisiyasındakıbeş partiya büdcə gəlirləri maddələri ilə bağlı bir sıra qərarlarqəbul etməlidir.