AZ

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğınla bağlı vəzifəli şəxs həbs edilib

Bakı. Trend:

Xəbər verildiyi kimi, noyabrın 21-də paytaxtın Yasamal rayonu,Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındabaş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika vəinformasiya texnologiyaları idarəsində cinayət işi başlanaraqibtidai istintaq aparılır.

Trend xəbər verir ki, bubarədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, istintaq zamanı aidiyyəti dövlət qurumları, ocümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiqekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddisübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.

Hazırkı vaxtadək keçirilmiş tədbirlərilə müəyyən edilib ki,binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin – ArzuQəmbərli, Samir Məmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfərtüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyandəyib.

Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatıvə birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyəgötürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi -direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyiqaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi buqaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digərağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub,noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdaniki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevinbarəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkantədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və başvermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərəkməsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq vəəməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Seçilən
35
48
az.trend.az

10Mənbələr