Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökuməttəşkilatlarının (QHT) Bakıdа keçirilən Həmrəylik Forumunun rəsmiaçılışı türk dünyasında ictimai kommunikasiyanın möhkəmləndirilməsibaxımından mühüm mərhələdir. Azərbaycan, Türkiyə, Qazaxıstan,Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali KiprTürk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti nümayəndəsininiştirakı ilə keçirilən tədbiri türk ölkələrinin QHT-ləri üçün əngeniş dialoq platforması adlandırmaq olar. Forum, TDT-nin fəaliyyətgöstərən sədri qismində Azərbaycan tərəfindən təşkil olunmaqla,Bakının türk inteqrasiyasının inkişafında artan rolunu nümayişetdirir.
Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.
"Son illərdə Türk Dövlətləri Təşkilatı keyfiyyətcə yenitransformasiya mərhələsinə qədəm qoyub. İqtisadiyyat, nəqliyyat,enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq artıq yeni biristiqamət - ictimai diplomatiya ilə tamamlanır. Dövlətlər getdikcədaha yaxşı anlayırlar ki, dayanıqlı tərəfdaşlıq vətəndaş cəmiyyətiinstitutları, ekspert dairələri, mədəni qurumlar və media olmadanmümkün deyil. Məhz buna görə QHT-lərin Həmrəylik Forumunun təşkilitürk məkanında inteqrasiyanın dərinləşdirilməsi istiqamətindəatılan addımların məntiqli davamıdır. QHT-lər əlaqələrin qurulması,ictimai anlaşmanın möhkəmləndirilməsi və siyasi dialoqa tamamlayıcıolan etimad atmosferinin yaradılması baxımından unikal imkanlaramalikdir. Azərbaycan Prezidenti İlham Əliyevin forumiştirakçılarına ünvanladığı müraciət tədbirin əsas siyasi mesajıoldu. Bu müraciətdə türk dünyası üçün strateji əhəmiyyət kəsb edənbir sıra istiqamətlər aydın vurğulandı. Dövlət başçısı qeyd etdiki, türk dövlətləri qlobal arenada vahid güc mərkəzinə çevrilir.Bu, sadəcə bəyanat deyil, real vəziyyətin əksidir. Artan iqtisadigüc, nəqliyyat dəhlizləri, enerji layihələri və mədəni-humanitartəşəbbüslər türk dünyasını daha təsirli edir. Prezident İlhamƏliyev daha iddialı məqsədlərin müəyyənləşdirilməsi, əməkdaşlığındərinləşdirilməsi, çevik mexanizmlərinin yaradılması vəkoordinasiyanın gücləndirilməsi zərurətini ön plana çəkdi. QHT-lərisə məhz çeviklik, operativlik və cəmiyyətlərin birbaşa ünsiyyətqurması baxımından bu ehtiyaca cavab verən əsas vasitədir. Həmçinindövlət başçısının türk dünyasında yeni yüksəliş dövrününbaşladığını qeyd etməsi xüsusi diqqət çəkdi. Prezident İlhamƏliyevin vurğuladığı kimi, Azərbaycanın Qarabağda qazandığı Zəfərtürk xalqlarının ümumi qələbəsidir. Bu, yalnız siyasi hadisə deyil,son illər yenidən aktuallaşan tarixi birliyin rəmzidir", -A.Qarayev bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, yaxın vaxtlarda açılmasıgözlənilən və Avrasiyanın kommunikasiya xəritəsini dəyişdirməkpotensialına malik Zəngəzur dəhlizi də türk dünyasınınbirləşməsində mühüm rol oynayacaq.
"Bu strateji layihəyə həsr olunmuş panel müzakirəsi, dəhlizinhəm QHT-lər, həm də dövlət strukturları üçün əhəmiyyətini bir dahanümayiş etdirir. Dəhlizin açılması türk məkanını birbaşa quruyoluyla birləşdirəcək, ticarət-iqtisadi əməkdaşlığı gücləndirəcək,humanitar və mədəni layihələr üçün yeni imkanlar yaradacaq,regional QHT-lərin yalnız konfranslar çərçivəsində deyil, praktikmüstəvidə əməkdaşlığını mümkün edəcək. Prezident İlham Əliyevinqeyd etdiyi kimi, Zəngəzur dəhlizi və Qarabağla Şərqi Zəngəzurungenişmiqyaslı bərpası türk dövlətləri arasında əməkdaşlığın yenimərhələsinin təməli ola bilər. Forumun iki əsas panel sessiyası –Zəngəzur dəhlizi haqqında müzakirə və Azərbaycan ilə QazaxıstanQHT-lərinin əməkdaşlığına dair sessiya – TDT-nin strateji xəttiniəks etdirir: ikitərəfli formatların dərinləşməsi və onlarıntədricən vahid regional sistemə inteqrasiyası. Prezident İlhamƏliyevin TDT ölkələrinin QHT-ləri üçün mədəniyyət, ekoloji siyasət,tarix, iqlim və digər sahələr üzrə birgə qrant müsabiqələrininelanına dair bəyanatı isə, əslində, müzakirələrdən real ortaklayihələr mərhələsinə keçidin anonsudur. Bu cür dəstək təşkilatlararasında uzunmüddətli əlaqələri formalaşdırır, ümumi fəaliyyətstandartları yaradır və yeni təşəbbüsləri stimullaşdırır. Dövlətbaşçısı İlham Əliyevin müraciətində BMT və digər beynəlxalqtəşkilatlar çərçivəsində türk ölkələrinin QHT-lərinin birgəfəaliyyətinin vacibliyi də vurğulandı. Bu, türk dünyasının qlobalarenada öz səsini formalaşdırmasına imkan yaradır. Qlobalçağırışların – iqlim böhranlarından humanitar problemlərə qədər –fonunda koordinasiyalı mövqe ciddi üstünlük təmin edə bilər", - obildirib.
Politoloq qeyd edib ki, QHT-lər üçün vahid platformalarıngücləndirilməsi beynəlxalq təsir imkanlarının artmasına, ortaqmaraqların müdafiəsinə, türk gündəliyinin qlobal institutlardatəşviqinə və əsas məsələlərdə konsolidasiyanın təmin olunmasınaxidmət edir.
"Türk dövlətlərinin QHT Həmrəylik Forumu təkcə növbəti tədbirdeyil. Bu, türk inteqrasiyasının yeni mərhələsidir və burada insanəlaqələrinin rolu daha da artır. Prezident İlham Əliyevin müraciətistrateji istiqaməti müəyyənləşdirir: ictimai diplomatiyanınmöhkəmləndirilməsindən tutmuş türk dövlətləri üçün vahid ictimaiməkanın formalaşdırılmasına qədər. Forum günlərində qurulanəməkdaşlıq türk dünyasında həm bu gün, həm də uzunmüddətliperspektivdə həmrəylik, birlik və çoxşaxəli münasibətləringücləndirilməsinə mühüm töhfə verəcək", - A.Qarayev əlavə edib.