AZ

Ağstafada 34 yaşlı qadın itkin düşdü

Ağstafa rayonunun Dağkəsəmən kənd sakini, 1990-cı il təvəllüdlü Heydərova Nərgiz Pənah qızı bir neçə gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

"Unikal" xəbər verir ki, Nərgiz Heydərovanın boyu 170 sm, arıq bədən quruluşludur, saçları qara, gözləri isə qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə və ya Ağstafa Rayon Polis Şöbəsinə (022-225-25-52, 055-259-08-08) məlumat vermələri xahiş olunur.

Seçilən
53
7
unikal.az

2Mənbələr