ABŞ-ın Ukrayna üçün sülh plan layihəsi Rusiya, Ukrayna, Avropa və ABŞ tərəfindən dəyişikliyə məruz qalacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ-ın sülh planının layihələrindən biri ilə tanış olub, lakin bununla bağlı heç bir konkret danışıqlar aparılmayıb.
Uşakov qeyd edib ki, Moskvanın tanış olduğu ABŞ-ın Ukrayna ilə bağlı planının bir çox müddəası məqbul görünür.
Putinin köməkçisi Moskvanın Ukrayna ilə bağlı "Avropa planı" barədə məlumatlar aldığını, bu planın qeyri-konstruktiv və Rusiya üçün yararsız olduğunu vurğulayıb.