Bakı.Trend:
Azərbaycan öz ərazilərini özü azad edərək tam suverenliyinibərpa edib və regionda yeni siyasi reallıq formalaşdırıb.
Bunu Trend-əaçıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib.
O qeyd edib ki, Avropa-Azərbaycan münasibətlərində birincitərəfin qeyri-standart yanaşması son 30 ildə davamlı şəkildəmüşahidə olunub:
“Təəssüf ki, xüsusən Avropa Parlamentlərində fəaliyyət göstərənmüxtəlif lobbi qrupları, o cümlədən anti-Azərbaycan dairələri buillər ərzində Azərbaycana qarşı müxtəlif istiqamətli təzyiqmexanizmlərindən, eləcə də parlament platformalarından istifadəediblər. Xarici siyasət alətlərində anti-Azərbaycan mövqeyi iləseçilən həmin qüvvələr müstəqil siyasət yürüdən və millimaraqlarını müdafiə edən Azərbaycanı qəbul etmək istəmirlər. Bubaxımdan, onlar regional maraqlarını dağıdıcı münasibətlər üzərindəvə ya özlərinin formalaşdırdığı hakimiyyətlər vasitəsilə qurmağaçalışırlar. Bu mənada, Ermənistanın müxtəlif mərkəzlərinin vənümayəndə heyətlərinin Azərbaycana səfəri, özü də Azərbaycantəşəbbüsü ilə – regionda sülh prosesinin yekunlaşdırılmasıistiqamətində vacib addım kimi qiymətləndirilə bilər”.
Ekspertin fikrincə, bölgədə sülhün əldə olunması həm regionaləməkdaşlığa, həm də birbaşa inkişafa xidmət edəcək. ÇünkiAzərbaycan və Ermənistanın yerləşdiyi Cənubi Qafqaz regionu ŞərqləQərb, Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır:
“Ukrayna-Rusiya müharibəsi, eləcə də Yaxın Şərqdəkiqarşıdurmalar fonunda Azərbaycandan keçən nəqliyyat və enerjimarşrutlarının, o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyəti daha daartır. Bu kommunikasiyalar bölgənin qlobal ticarət və enerjixəritəsində rolunu yüksəldir və bundan ən çox faydalanacaq tərəfAvropadır. Eyni zamanda, Azərbaycan Avropanın təhlükəsizliyi vəenerji təchizatında mühüm tərəfdaşdır. Son dörd ildə Avropanınüzləşdiyi sınaqlar da bunu açıq şəkildə göstərdi və həminböhranların yaranmasında onların öz yanlış xarici siyasətqərarlarının böyük rolu olduğu ortaya çıxdı. Azərbaycanın minatəmizlənməsi, müharibə nəticələrinin aradan qaldırılması, bərpa vəBöyük Qayıdış proqramları ilə bağlı fəaliyyətlərində Avropaİttifaqının ciddi iştirakı müşahidə edilməyib”.
O qeyd edib ki, işğal faktı və nəticələrin aradan qaldırılmasıprosesində də Avropanın qurumları kifayət qədər prinsipial mövqeortaya qoymadı. Buna görə də Azərbaycan ictimaiyyətinin Avropayadair tənqidi mövqeyi kifayət qədər əsaslı və obyektivdir:
“Avropa İttifaqının bölgəyə göndərdiyi missiyanın fəaliyyəti dəbəzən münaqişə risklərini artıran şəkildə təqdim olunur və həttaxəritələşdirmə proseslərinə təsir göstərə biləcəyi ehtimallarınarahatlıq doğurur. Bu səbəbdən yaxşı olardı ki, Avropa İttifaqı,ümumilikdə Avropa dövlətləri və müxtəlif Avropa institutlarıAzərbaycana qarşı sərgilədikləri ədalətsiz mövqedən imtinaetsinlər. Çünki bu mövqenin nəticələrini onlar qlobal miqyasdaartıq gördülər. Rusiya-Ukrayna müharibəsi bunun açıqgöstəricisidir. Qlobal güc mərkəzlərinin, o cümlədən ABŞrəhbərliyinin Avropa barədə səsləndirdiyi fikirlər də həminsiyasətin mahiyyətini aydın şəkildə ortaya qoyur”.
Siyasi eksperti İlyas Hüseynov isə Trend-ə açıqlamasındavurğulayıb ki, avqustun 8-də Ağ evdə Azərbaycan və Ermənistanarasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqazda yeni birmərhələni yaradıb:
“Müxtəlif sahələrdə görüşlər, təmaslar təşkil edilir. Buyaxınlarda Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri İrəvanasəfər ediblər. Eyni zamanda Ermənistan beyin mərkəzininnümayəndələrinin də Azərbaycana səfəri baş tuta bilər. Bütün bunlarxalqları sülhə hazırlamaq, ictimai diplomatiyanı genişləndirmək vəsülhü qalıcı etmək üçün atılan addımlardır”.
Ekspert qeyd edib ki, Azərbaycan torpaqları işğal altında olandaAvropa İttifaqı tərəfindən heç bir praktiki addım atılmırdı,işğalçıya qarşı qətnamələr yetərsiz idi:
“Bu gün Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi istiqamətindəAvropa İttifaqı həmin ölkəni ardıcıl dəstəkləyir, maliyyəyardımları ayırır. Ukraynanın minatəmizləmə fəaliyyətinə milyonlarayrılır. Halbuki Azərbaycanda da genişmiqyaslı minatəmizləməfəaliyyəti aparılır, lakin Avropa İttifaqının dəstəyini ölkəmizdəgörmürük. Azərbaycan dəmiryol və avtomobil şəbəkəsini yalnız özhesabına həyata keçirir. Bu istiqamətdə Avropa İttifaqıAzərbaycanın maliyyə yükünə dəstək olmur. Bu da ictimaiyyətdə haqlınarazılıq yaradan məqamdır”.
İ.Hüseynov bildirib ki, Ermənistan ərazisində Avropa İttiqanındırnaqarası mülki missiyasının ölkəmizin ərazisinə hələ də binokllabaxmasını görürük.
“Binokl diplomatiyası” hələ də davam edir. Ümid edirik ki,Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdansonra bu missiya öz fəaliyyətini Ermənistanda tam bitirəcək vəregionu tərk edəcək. Bununla da əsl sabitlik və təhlükəsizlikarxitekturası formalaşacaq”,- deyə o əlavə edib.