AZ

BDU-da “Bərk məişət tullantılarının idarə edilməsində müasir yanaşmalar” mövzusunda təlim

Bakı, 24 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində “BDU könüllüləri”nin təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarov tərəfindən “Bərk məişət tullantılarının idarə edilməsində müasir yanaşmalar” mövzusunda maarifləndirici təlim təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim zamanı iştirakçılara yaşıl düşüncənin formalaşdırılması, ekoloji məsuliyyətin artırılması, tullantıların düzgün idarə edilməsi və təkrar emal proseslərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində, həmçinin “Təmiz Şəhər” ASC-nin təşəbbüsü və tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilən “Card to Art” sosial-ekoloji layihəsinə Bakı Dövlət Universitetinin də qoşulduğu elan edilib. Bununla əlaqədar plastik kartların toplanması üçün xüsusi qutular universitetin tədris binalarına yerləşdirilib.

 

Seçilən
34
2
azertag.az

3Mənbələr