AZ

İqlim risklərinin qiymətləndirilməsi üçün Yol Xəritəsi hazırlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) iqlim risklərinin qiymətləndirilməsi ilə bağlı Keçid Riskləri Dataları üzrə Yol Xəritəsi hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Central Banking" onlayn jurnalında dərc olunan məqaləsində bildiib.

O, qeyd edib ki, emissiyalar, iqlim dəyişikliyi və iqtisadiyyat arasındakı qarşılıqlı əlaqənin tanınması isə daha inteqrə olunmuş yanaşmanı təşviq edir: "Bu baxımdan, AMB iqlim risklərinin qiymətləndirilməsi potensialını artırmaq üçün qurumlararası təşəbbüsə başlayıb, Beynəlxalq Valyuta Fondunun texniki dəstəyi ilə uzun müddət əsas çağırışlara səbəb olan məlumat boşluqlarını aradan qaldırmağa yönəlmiş Keçid Riskləri Dataları üzrə Yol Xəritəsi hazırlayıb. Bu təşəbbüs iqlimlə əlaqəli maliyyə risklərinin dəqiqlik və uzaqgörənliklə qiymətləndirilərək mitiqasiya edilməsinə yönəlib. Bu, həm də AMB-nin data əsaslı risk idarəetməsi və qərar qəbuletmə prosesinə sadiqliyini nümayiş etdirir".

"Bu təkmilləşdirilmiş alət və metodologiyalar maliyyə institutlarına iqlimlə əlaqəli maliyyə risklərinin daha dəqiq idarəetmə imkanı verəcək, nəticə etibarilə isə, artmaqda olan iqlim qeyri-müəyyənliyi şəraitində maliyyə sabitliyinin təmin edilməsinə dəstək olacaq", - deyə T.Kazımov əlavə edib.

Seçilən
15
3
bakivaxti.az

4Mənbələr