AZ

İcra başçısı həmin binaya getdi FOTOLAR

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

23 noyabr 2025-ci il tarixində saat 05:30 radələrində Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 1988-ci ildə inşa edilmiş və 1992-ci il tarixində istifadəyə verilmiş, 5 mərtəbəli, 6 girişli, 60 mənzilli yaşayış binasının beşinci girişinin birinci mərtəbəsində yerləşən iki mənzilin döşəməsində (panel) çöküntü halı baş verib. Hadisə nəticəsində 3 nəfər yüngül xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

"Unikal" xəbər verir ki, hadisə baş verən andan Rayon İcra Hakimiyyəti, Fövqalədə Hallar Nazirliyinin Aran Regional bölməsi, Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunmuş, sakinlər təhlükəsizlik qaydalarına riayət olunmaqla, hadisə yerindən təxliyə edilmişdir.

Aidiyyatı qurumlar faktla bağlı araşdırma aparırlar. Məlumat üçün bildiririk ki, qəza baş vermiş  60 mənzilli binada 46 mənzil sahibi (168 ailə üzvləri ilə birgə) daimi, 11 icarəçi (37 ailə üzvləri ilə birgə) müvəqqəti olaraq yaşayırlar, 3 mənzildə  isə yaşayış yoxdur. Hadisədən sonra, bina sakinləri kirayə evlərə yerləşdirilmiş, onların kirayə xərclərinin ödənilməsi dövlət tərəfindən təmin ediləcəkdir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə hadisə yerində olub, bina sakinləri ilə görüşmüş, mövcud vəziyyət və baş vermiş fəsadların aradan qaldırılması üçün gələcəkdə görüləcək işlərlə bağlı söhbətlər aparılıb. İcra Başçısı tərəfindən bununla bağlı aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyələr verilib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
unikal.az

2Mənbələr