Bakı. Trend:
Bu il "PAŞA Həyat Sığorta" şirkəti 15 illik yubileyini qeydedir. Həyat sığortası xidmətləri təqdim edən şirkət müştərilərinə2010-cu ilin 24 noyabr tarixindən etibarən güvən və dəstəkgöstərir.
Bu illər ərzində müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmışməhsul və xidmətlərlə sektorda liderliyini qoruyan "PAŞA Həyat",həmçinin sosial məsuliyyət layihələrinə də önəm verərək cəmiyyətəfayda gətirmək istiqamətindəki fəaliyyətini davam etdirib.
“PAŞA Həyat” 24 noyabr 2010-cu ildə Azərbaycan RespublikasıVergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və 14fevral 2011-ci ildə Azərbaycan Maliyyə Nazirliyinin lisenziyası iləhəyat sığortası xidmətləri göstərməyə başlamışdır.
Ötən 15 il ərzində şirkət böyük yol qət edərək ölkənin aparıcıhəyat sığortası şirkətləri sırasında öz yerini tutub. Bu zamankəsiyində PAŞA Həyat-ın qazandığı ən böyük nailiyyət isəmüştərilərin dərin hörməti və sonsuz etibarıdır.
Eyni zamanda, “PAŞA Həyat” İcbari Sığorta Bürosununiştirakçısıdır.