AZ

“Karvan-Yevlax”ın yeni məşqçilər korpusu müəyyənləşdi

BAKI, 24 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının debütantı “Karvan-Yevlax” klubunun yeni baş məşqçisi bəlli olub.

Teleqraf-ın məlumatına görə, uğursuz nəticələr səbəbindən Azər Həşimovla yolları ayıran Yevlax təmsilçisi komandanı Füzuli Məmmədova tapşırıb.

Məşqçilər korpusunda Rauf Mehdiyev, Rafael Əmirbəyov və Mehman Yunusov yer alır. 48 yaşlı mütəxəssis bu gün komanda ilə ilk məşqinə çıxıb.

Qeyd edək ki, Premyer Liqanın debütantı olan “Karvan-Yevlax” hazırda 5 xalla 12 komanda arasında sonuncu pillədə qərarlaşıb. Füzuli Məmmədovun daha öncə çalışdırdığı I Liqa təmsilçisi “Mingəçevir” isə 16 xalla 10 komanda arasında üçüncü yerdə gedir.

Seçilən
12
teleqraf.com

1Mənbələr