AZ

Lukaşenko: Tezliklə Ukraynada müharibə bitəcək

BAKI, 24 noyabr. TELEQRAF

“Tezliklə Ukraynadakı bu bezdirici prosesi (müharibə – red.) bitirəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayevlə görüşündə bildirib.

“Yaxınlarda yüksək sürətli magistralın çəkilməsinə dair Prezident Putinlə razılığa gəlmişik. Düşünürəm ki, yaxın gələcəkdə Ukraynadakı bu bezdirici prosesi bitirib daxili işlərimizlə məşğul ola biləcəyik”, - Lukaşenko qeyd edib.

Seçilən
30
teleqraf.com

1Mənbələr