AZ

“Lada”nın istehsalı 40% azalacaq

Bakı, 24 noyabr, AZƏRTAC

“AvtoVAZ”ın Tolyattidəki əsas məkanında “Lada” avtomobilləri istehsalının 2025-ci ilin sonuna qədər 40% azalaraq 274 min ədədə düşəcəyi gözlənilir.

AZƏRTAC “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər dairə şurasının dərc etdiyi materiallarda bildirilir.

”İstehsal planının azalmasını nəzərə alaraq, 2025-ci ildə Tolyatti şəhər dairəsində minik avtomobillərinin buraxılışı 274 min ədəd (2024-cü ildə 456300 ədəd istehsal olunub) olaraq qiymətləndirilir”, - deyə məlumatda bildirilir.

Proqnoza görə, mühafizəkar ssenariyə əsasən, 2026-cı ildə şəhər dairəsində avtomobil istehsalı da ildən-ilə təxminən 3,3% (9 min ədəd) azalaraq 265 min avtomobilə qədər düşəcək.

Rusiya avtomobil bazarında tələbatın azalması fonunda “AvtoVAZ” sentyabrın sonundan natamam dördgünlük iş həftəsinə keçib. Dördgünlük iş həftəsinin 2026-cı ilin mart ayının sonuna qədər davam edə biləcəyi bildirilir.

Seçilən
33
4
azertag.az

6Mənbələr