AZ

AzMİU ilə Türk Dövlətləri Beynəlxalq Universiteti arasında akademik əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru və TürkDövlətləri Beynəlxalq Universitetinin rektoru professorBahodir Turaev Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) qonaq olub. Qonaq AzMİU-nun rektoru, professor GülçöhrəMəmmədova tərəfindən qəbul edilib. Görüşdə AzMİU və Türk DövlətləriBeynəlxalq Universitetinin nümayəndələri də iştirak ediblər.

Müqavilə imzalanmazdan öncə hər iki rektor çıxış edərəkÖzbəkistan ilə Azərbaycan arasında son illər güclənən əməkdaşlıqəlaqələrinə, Prezident İlham Əliyevin və Prezident ŞövkətMirziyoyevin qarşılıqlı səfərlərinə, həmçinin Türk DövlətləriTəşkilatı çərçivəsində inkişaf edən qardaşlıq münasibətlərinədiqqət çəkiblər. Bu münasibətlərin universitetlər arasındaəməkdaşlıq üçün geniş perspektiv yaratdığı vurğulanıb.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələraparılıb və əməkdaşlıq imkanları nəzərdən keçirilib. XüsusiləDaşkənd Dövlət Nəqliyyat Universiteti ilə nəqliyyat, logistika vədigər uyğun profilli ixtisaslar üzrə əməkdaşlıq məsələləri müzakirəolunub.

Nəticədə, AzMİU və Türk Dövlətləri Beynəlxalq Universitetiarasında Memorandum imzalanıb. Memorandum tərəflər arasındaakademik əməkdaşlığı gücləndirməyi, müəllim, tələbə və işçi heyətmübadiləsini təşviq etməyi, birgə tədqiqat layihələri həyatakeçirməyi, simpoziumlar, konfranslar və qısa kurslar təşkil etməyinəzərdə tutur.

Tərəflər həmçinin tədris və idarəçilik praktikalarınıpaylaşacaq, ekoloji idarəetmə ilə bağlı birgə fəaliyyətlərdəiştirak edəcək və elmi-metodik nəşrləri mübadilə edəcəklər.

Memorandum eyni zamanda koordinasiya edilən layihələr üçünresurs və infrastruktur istifadəsini təmin edir. Bu əməkdaşlıquniversitetlərin beynəlxalq əlaqələrinin gücləndirilməsi və təhsil,elmi tədqiqat sahələrində inkişafın sürətləndirilməsi üçün mühümaddım hesab olunur.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Seçilən
30
2
az.trend.az

3Mənbələr