AZ

"Napoli" - "Qarabağ" matçının hakimləri - Gənclər Liqası

Gənclər Liqasının liqa mərhələsində "Qarabağ"ın U-19 komandasının İtaliyada "Napoli"yə qarşı keçirəcəyi oyunun hakim təyinatları bəlli olub.

"Football-plus.az" xəbər verir ki, matçı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Dominik Starı olacaq. Ona həmyerliləri Lukaş Slavitsek və Jozef Suma kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

Qarşılaşma sabah, Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

Seçilən
18
6
football-plus.az

10Mənbələr