AZ

Biləsuvarda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev noyabrın 24-də Biləsuvar rayonunda vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Biləsuvar rayonunda məskunlaşan Cəbrayıldan məcburi köçkün düşən vətəndaşlar iştirak ediblər.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub, digərlərinin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

Görüşdə Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan insanlara xüsusi diqqət və qayğı göstərdiyi vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Həmçinin qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi diqqətə çatdırılıb.

Vətəndaşların müraciətlərində əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, “Böyük Qayıdış” ilə bağlı və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.

Seçilən
21
19
azerbaijan-news.az

10Mənbələr