AZ

Paytaxtda pul, qızıl və avtomobil ehtiyat hissələri oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Xəzər rayonunda oğurluq hadisələri qeydə alınıb.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birində evsahibinin olmamasından istifadə edən naməlum şəxs pəncərədəniçəriyə daxil olaraq 1200 manat dəyərində nağd pul və qızıl-zinətəşyaları oğurlayıb.

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkumolunmuş 49 yaşlı R.Bayramov müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırmazamanı saxlanılan şəxsin digər bir vətəndaşa məxsus avtomobildən1500 manat dəyərində ehtiyat hissələri taladığı da məlum olub.

Araşdırma aparılır.

Seçilən
28
5
az.trend.az

6Mənbələr