AZ

Qarabağ və Şərqi Zəngəzurda tikinti-quraşdırma işlərinə sərf edilən vəsait məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Qarabağ və ŞərqiZəngəzur iqtisadi rayonları üzrə əsas kapitala 3,247 milyard manatinvestisiya yönəldilib.

Trend-inDövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 486,5 milyon manat vəya 13% azdır.

Məlumata əsasən, sözügedən zona üzrə əsas kapitala yönəldilmişinvestisiyaların 3,191 milyard manatı tikinti-quraşdırma işlərinəsərf edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 495,5milyon manat və ya 13,4% azalma deməkdir.

Dövr ərzində tikinti-quraşdırma işləri üzrə investisiyalarınhəcmi Ağdam rayonunda 432,7 milyon manat, Şuşa rayonunda 276,6milyon manat, Füzuli rayonunda 214, 1 milyon manat, Xankəndişəhərində 144,9 milyon manat, Xocalı rayonunda 81,7 milyon manat,Xocavənd rayonunda 75,3 milyon manat, Ağdərə rayonunda 37,7 milyonmanat, Tərtər rayonunda 20,2 milyon manat, Bərdə rayonunda 11,6milyon manat, Ağcabədi rayonunda 9,1 milyon manat təşkil edib.

Eyni zamanda bu ilin yanvar-sentyabr aylarında Şərqi Zəngəzuriqtisadi rayonunda əsas kapitala yönəldilmiş investisiyalardantikinti-quraşdırma işlərinə 1,887 milyard manat investisyayönəldilib. Sözügedən sahə üzrə investisiyaların həcmi Kəlbəcərrayonunda 781,4 milyon manat, Zəngilan rayonunda 345,7 milyonmanat, Laçın rayonunda 324 milyon manat, Cəbrayıl rayonunda 223,7milyon manat, Qubadlı rayonunda isə 212,4 milyon manata bərabərolub.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında ümumi respublika üzrəəsas kapitala yönləndirilmiş investisiyaların həcmi 13,048 milyardmanat olub ki, bu sərmayələrin 10,3 milyard manatınıtikinti-quraşdırma işlərinə sərf edilən investisiyalar təşkiledib.

Seçilən
31
1
az.trend.az

2Mənbələr