AZ

Belçikada hərbi xərclərin artırılması təsdiqlənib

Bakı, 24 noyabr, AZƏRTAC

Belçika hökuməti qarşıdan gələn büdcədə hərbi xərclərin 2025-ci ildə ÜDM-in 1,4%-dən 2026-cı ildən başlayaraq 2%-ə qədər artırılmasını razılaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu qərar bazar ertəsi ölkə əhalisinin həyat səviyyəsinin aşağı düşməsinə qarşı başlayan üçgünlük ümumxalq tətili fonunda qəbul edilib.

“Belçikanın çoxillik büdcəsi ilə bağlı razılıq əldə edilib. Büdcəyə hərbi xərclərin 2026-cı ildən başlayaraq ÜDM-in 2%-nə qədər artırılması daxildir”, - deyə Belçikanın müdafiə və xarici ticarət naziri Teo Franken “X”də paylaşıb.

Nazir ölkənin NATO-ya töhfəsini artırmaq üçün yaxın illərdə Belçikanın müdafiə xərclərini 34 milyard avro artırmaq planını təşviq edir. Lakin büdcə hələ tam razılaşdırılmayıb. Hökumət koalisiyasındakı beş partiya büdcə gəlirləri maddələri ilə bağlı bir sıra qərarlar qəbul etməlidir.

Seçilən
42
1
azertag.az

2Mənbələr