AZ

BDU nun 418 tələbəsi payız semestri üzrə təhsil krediti alıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 24 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 418 tələbəsi 2025/2026-cı tədris ilinin payız semestri üzrə təhsil krediti almaq hüququ əldə edib. Onlardan 122-si sosial, 296-sı isə standart təhsil kreditidir.

2024/2025-ci tədris ilində isə ümumilikdə 963 nəfər BDU tələbəsinə təhsil krediti verilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.

Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
3
azertag.az

4Mənbələr