AZ

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

Bakı. Trend:

Bu ilin noyabr ayında “Sustainable Fitch” Beynəlxalq ReytinqAgentliyi Azərbaycan Dövlət Neft Şirkətinə ( SOCAR) bu agentliktərəfindən ilk dəfə ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqitəqdim edib və şirkətin ümumi göstəricisini “3” səviyyəsindəqiymətləndirib.

Trend bubarədə SOCAR-a istinadən xəbər verir.

Bu nəticə SOCAR-ın ESG istiqamətləri üzrə sabit və yetkinfəaliyyətini əks etdirir, həmçinin şirkətin güclü risklərinidarəedilməsi bacarığına əlavə olaraq emissiyaların azaldılmasıhədəflərini ətraf mühitə təsir, müxtəliflik və idarəetmədəşəffaflıq sahələrində də mövcud çağırışlarla balanslaşdırmaqbacarığını nümayiş etdirir.

Şirkətin dekarbonizasiya hədəfləri, sosial profilinin sabitliyivə effektiv risklərin idarəetmə sistemi reytinqin verilməsində əsasamillər kimi qeyd olunub. Bununla yanaşı, SOCAR-ın beynəlxalq ESGhesabatlılığına inteqrasiya prosesi reytinqin alınmasına müsbəttəsir göstərən əsas məqamlardandır. “Sustainable Fitch” BeynəlxalqReytinq Agentliyinin bu qiymətləndirməsi SOCAR-ın dayanıqlı inkişafsahəsində əldə etdiyi nailiyyətləri və şirkətin uzunmüddətlistrateji hədəflərinin beynəlxalq investorların gözləntiləri iləuyğunluğunu əks etdirir.

Xatırladaq ki, SOCAR ötən il öz ESG hədəflərinə sadiqliyininümayiş etdirərək “MSCI” Beynəlxalq Reytinq Agentliyi tərəfindənXəzər regionunda BBB səviyyəsində ESG reytinqi əldə edən ilk enerjişirkəti olub.

Eyni zamanda, neft və qaz bazarlarında qiymət dalğalanması vəəməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, sağlam maliyyəgöstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığıngücləndirilməsi SOCAR-ın tarixində ilk dəfə olaraq iki investisiyaoluna bilən kredit reytinq (“Fitch” reytinq agentliyindən BBB- və“Moody`s” reytinq agentliyindən Baa3) dərəcəsi əldə etməsinə təkanverib.

Qeyd edək ki, “Sustainable Fitch Ratings” qlobal səviyyədə bütünaktiv bazarlara Ekoloji, Sosial və İdarəetmə (ESG) göstəricilərininqiymətləndirilməsi üçün həll təqdim edir və beynəlxalq maliyyəbazarlarında daha dəqiq və məlumatlı qərarlar qəbul edilməsindəkömək edir.

“Sustainable Fitch Ratings” təşkilatın ekoloji və sosialamilləri öz biznesinə, strategiyasına və idarəetməsinə inteqrasiyaetmə səviyyəsini, eləcə də ümumi

fəaliyyətini, öhdəliklərini və idarəetmə effektivliyiniqiymətləndirir. Reytinqlər “1”-dən “5”-ə qədər şkala üzrə təqdimolunur (burada “1” ən yüksək, “5” isə ən aşağı göstəricidir).

“Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyi-nin tamaçıqlaması ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.sustainablefitch.com/corporate-finance/sustainable-fitch-affirms-socar-entity-rating-at-3-11-11-2025

Məqalədə:
Seçilən
20
13
az.trend.az

10Mənbələr